Quantcast
Channel: maşın – Makerspace Azərbaycan
Viewing all articles
Browse latest Browse all 4

RoboCAP v. 1.0 Robot Radioidarəetmə Dövrə Kartları

$
0
0

Hamınızı xoş gördük, əziz səhifə izləyiciləri. Bu gün sizlərə bir müddətdir ki, üzərində işlədiyim və həmçinin də ötən məqalədə ilk dəfə nümayiş etdirdiyim RoboCAP – adlandırdığım dövrə platalarını təqdim etmək istəyirəm.

RoboCAP (yəni Robot Başlığı) iki dövrə kartından ibarət və bir-biri ilə radioəlaqəylə istifadə olunan robot idarəetmə sistemidir. Hər iki dövrədə əsas kontroller kimi ATmega328P-AU mikrokontrolleri işlətmişik və bütün dizayn və sxem faylları tam açıq-resursludur (open-source). Bütün lazımi keçidləri aşağıdakı siyahıda görə bilərsiniz:

  1. RoboCAP GitHub səhifəsi (sxem və nümumə kodlar), (dizayn fayllarını endir)
  2. RoboCAP ümumi dövrə sxemi
  3. RoboCAP Joystickli Radioidarəedici Arduino Pin diaqramı
  4. RoboCAP Robot Sürücü Arduino Pin diaqramı

Şəkil 1-də gördüyünüz Joystickli Kontroller robot maşını, tankı, qayığı və digər simsiz əlaqə ilə idarə etmək istediyimiz sistemləri uzaqdan idarə etmək üçün nəzərdə tutulub.

Şəkil 1. RoboCAP Joystickli Kontroller

Şəkil 1. RoboCAP Joystickli Kontroller

Dövrə kartının mikrokontroller hissəsi Arduino Pro Mini (3.3V, 8MHz) əsasında dizayn olunub. Həmçinin üzərində CH340G USB-Serial çipi, joystick, 4 ədəd düymə açar, nRF24L01+ radio əlaqə modulu üçün konnektor, Nokia 5110 LCD ekran konnektoru və İ2C kommunikasiya protokolu ilə işləyən sensorlar qoşmaq üçün də əlavə 4 pinli konnektor var. Dövrəyə proqramı istər adi Arduninoya olduğu kimi Arduino İDE ilə yazıb/yükləyə, istərsə də AVR İCSP proqramlayıcı vasitəsilə yükləmə imkanı var. Joystickli Kontrollerin Arduinoya uyğun pin düzülüşünü Şəkil 2-də görə bilərsiniz (endirmək üçün üzərinə klikləyin).

Şəkil 2. RoboCAP Josytickli Kontroller Arduino Pin Düzülüşü

Şəkil 2. RoboCAP Josytickli Kontroller Arduino Pin Düzülüşü

Şəkil 3-də isə RoboCAP-ın ikinci üzvü olan Robot Sürücü kartını görə bilərsiniz. Üzərində LCD konnektor, düymələr və joysticki çıxmaq şərtilə dövrə dizaynı kontrollerlə demək olar ki eynidir. Əlavələr sol-aşağı küncdə gördüyünüz 6-pinli motor idarə konnektoru və sağ-aşağı küncdəki HC-06 Bluetooth modul konnektorudur. Robot sürücü ilə simsiz əlaqəni həm nRF24 radio transiveri ilə, həm də bluetoothla etmək mümkündür.

Şəkil 2. RoboCAP Robot Sürücü

Şəkil 3. RoboCAP Robot Sürücü

Robot sürücünün Arduinoya uyğun pin düzülüşü Şəkil 4-də verilib. Eynilə bu kartı da ya kənar proqramlayıcıya ehtiyac olmadan, birbaşa USB portdan Arduino Pro mini kimi, ya da AVR proqramlayıcı ilə birbaşa İCSP portundan proqramlaya bilərik (belədə Arduino bootloaderi silinəcək).

Şəkil 4. RoboCAP Robot Sürücü Pin Düzülüşü

Şəkil 4. RoboCAP Robot Sürücü Pin Düzülüşü

Robot sürücünün niyə belə qəribə mexaniki dizaynı olduğunu soruşa bilərsiniz?  Şəkil 5-ə bunu aydın göstərir. Dizaynın bu cür olmasında əsas səbəb  robot sürücünü L298n motor sürücü moduluna başlıq kimi əlavə etməkdi. Belədə çox yığcam və mexaniki stabil sistem alınır. Dövrə kartı üzərində əlavə plastik 3mm-lik dayaq boltları da veriləcək. Əgər robot sürücünü başqa motor sürücü ilə işlətmək istəsəniz bunu tam rahatlıqla jumper kabellərlə edə bilərsiniz. Bu səbəbdən də plata üzərindəki bəzi konnektorları lehimləməmişik, amma dəst üzərində bütün lazımi konnektorlar təmin olunacaq.

Şəkil 5. Robot sürücü və L298n Motor sürücü

Qayıdaq joystickli kontrollerlə. Lövhə üzərində bəzi dəliklər görə bilərsiniz. Bu 3 və 4 mm-lik dəliklər lövhəyə 4 slotlu batareyaNokia 5110 LCD ekran bağlamaq üçündür.

Şəkil 6. Batareya əlavəsi

Yoxlamaq üçün 4 slotlu baatreya qabını lövhəyə bağlayıb və elektrik əlaqə kabellərini də qida terminallarına bağıayırıq.

Şəkil 7. RoboCAP Batareya qutusu ilə (3mm-lik boltlarla bərkidilib)

Kabelləri müsbət və mənfi terminallarını qida girişinə bağlayıb (Şəkil 8), lövhənin sağ kənarındakı elektrik açarını ON vəziyyətinə gətirdikdə kontrollerimiz işə düşəcək və ortada yerləşən qida status LED-i yanmağa başlayacaq.

Şəkil 8. Qida qoşulması

RoboCAP-lərə lazımi modulları əlavə etdikdən sonra yekunda belə yığcam və çoxfunksiyalı robot idarəetmə sistemi (Şəkil 9) alınır. Xatırladım ki, hər iki lövhəni ayrılıqda adi Arduino kimi də istifadə edib, robotla əlaqəsi olmayan başqa layihələrinizdə də lövhələrin imkanlarından faydalana bilərsiniz.

Şəkil 9. RoboCAP Simsiz Robot İdarəetmə Sistemi

RoboCAP-ların nümayiş videosuna burdan baxa bilərsiniz.

Ümidvaram bu kiçik layihəmizi bəyəndiniz və inanıram ki, yeni biliklər öyrənmə yolunda sizlərə az da olsa köməyi dəyəcək. Yeni layihələrlə və məqalələrlə qarşınızda olmaq arzusu ilə, Hələlik.


Viewing all articles
Browse latest Browse all 4

Trending Articles


İntihar Yazılı Şəkilləri (8)


Özün oyna (svoyak)-2


Mikelancelo Karavacconun məşhur əsərləri


Xəmsə oyunu üçün suallar paketi


Qədim yunan mədəniyyəti


Mənə naz et | Əliağa Vahid


Qənaətcil olmaq üçün 5 məsləhət


Cinsi əlaqədən sonra baş ağrısı, halsızlıq yaşayanlar - Diqqət təhlükə


Humray Qulamova


Xoş Gəldin Aprel Yazılı Şəkilləri


Dostluğa aid şəkillər - Foto (1)


İbtidai icma dövrü-Video dərs


WhatsApp Plus Yukle - Yenilendi


WhatsApp üçün Profil şəkilləri


İngiltərə sülalələri haqqında


Ali hisslər


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ağ Gülün Qəmli Hekayəsi


Qələm ətək necə kombin edilir? Qələm ətək kombinləri


“Qarışqa yuvası” salatı